Kəmaləddin Heydərovun 3 müavini işdən çıxarıldı

17:42 14.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.

Hafta.az xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. 

Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb. /manset.az/